UNİVERSİTETİN KOLLEKTİVİ DƏ ŞƏHİDİMİZİ YOLA SALDI

Erməni faşistləri ilə vuruşda qəhrəmanlıqla şəhid olan Quliyev İnqilab Çingiz oğlu Gəncədə Şəhidlər xiyabanında dəfn olundu. Minlərlə gəncəli xalqımızın igid oğluna son dəfə sonsuz ehtiramlarını bildirdilər. “Vətən başın sağ olsun”, “Yaşasın Azərbaycan ordusu”, Şəhidlərimizin qanı yerdə qalmayacaq” deyə səsini ucaldan gənclik xalqımızın daha uğurlu gələcəyindən, ordumuzun yenilməzliyindən, düşmənlərə əbədi qələbəmizdən xəbər verirdi.

Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivi də bu möhtəşəm mərasimdə iştirak edirdi.

Allah şəhidlərimizə rəhmət eləsin!