Universitetin Tələbə Gənclər Təşkilatının fəal gənclərindən ibarət voleybol komandası birinci yerə layiq görülüb

Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə elan olunmuş 27 fevral – 05 mart İdman Həftəsi çərçivəsində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Təhsil” RİM-nin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “5 mart Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş Gəncədəki Ali təhsil müəsisələri və kolleclər arasında voleybol idman növü üzrə şəhər birinciliyi keçirilmişdir.

Birinciliyin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulamış və şəhərimizdə voleybol idman növünün inkişafı üçün belə yarışların keçirilməsinin çox böyük əhəmiyyəti olduğunu qeyd etmişdir.

Bu yarışda Gəncə Dövlət Universitetinin voleybol komandası 1-ci yerə layiq görülmüşdür.

Qeyd edək ki, qaliblər müvafiq diplomlarla təltif olunacaqlar.