UNİVERSİTETİN TƏLƏBƏLƏRİ NİZAMİ GƏNCƏVİNİN MƏQBƏRƏSİNİ ZİYARƏT ETMİŞLƏR

Aprelin 19-da Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakultəsinin tələbələri humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyevanın, fakultənin humanitar işlər üzrə dekan müavini Nurəngiz Bəşirovanın, tyutorlar Günay Yusibova və Səbinə İbrahimovanın, eləcə də universitetin tələbə gənclər təşkilatının sədri Fuad Dadaşovun rəhbərliyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər.

          Ekskursiya zamanı Nizami Gəncəvinin və Məhsəti Gəncəvinin muzeylərində də olmuş, burada nümayiş etdirilən eksponatlara baxmışlar. Ekskursiya tələbələrdə xoş təəssürat oyatmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.