Universitetin TGT-nın fəal gəncləri seminarda iştirak ediblər

Gəncədə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda seminar təşkil olunub.

YAP Gəncə şəhər təşkilatında “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda seminar keçirilib.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, ictimaiyyət nümayəndələri YAP və TGT-nin fəal gəncləri iştirak ediblər.

Gəncə Dövlət Universitetinin TGT-nın fəal gəncləri də “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda keçirilən seminarda iştirak ediblər.

Tədbiri açan YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qonaqları salamlayaraq, Azərbaycanın dünyəvi dövlət olmasından, dövlətin dinə qayğısından, tolerantlıq siyasətindən, dini radikalizmə qarşı mübarizədə müasir gənclərin rolundan danışıb. Ramil Orucov bu sahədə gənclərin maarifləndirilməsi milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov mövzunun aktual olduğunu qeyd edərək, gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini deyib. O, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini xüsusu ilə vurğulayıb.

Tədbirdə çıxış edənlər dini radikalizmin yaranmasının səbəbləri və onun ağır fəsadları, dini radikalizmdən qorunmağın yolları barədə danışıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb və DQİDK tərəfindən nəşr edilən müvafiq ədəbiyyat nümunələri gənclərə hədiyyə edilib.