Universitetin TGT-nin fəal gəncləri və idmançıları YAP Gəncə şəhər təşkilatının hesabat-seçki konfransında iştirak ediblər

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində YAP Gəncə şəhər təşkilatının 156 saylı ərazi partiya təşkilatının hesabat-seçki konfransı keçirilib.

Gəncə Dövlət Universitetinin TGT-nin fəal gənclərinin və idmançıların iştirakı ilə keçirilən tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov ilk öncə Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının yeni təyin olunmuş sədri Ramil Orucovu gənclərin və idman ictimaiyyəti adından təbrik etmiş, ötən dövrdə Baş İdarədə YAP-sı ilə əlaqədar görülmüş işlər haqqında hesab xarakterli geniş məlumat vermiş və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətindən bəhs edərək, Azərbaycan gəncliyinin partiyanın ətrafında hər zaman sıx birləşəcəyini əminliklə ifadə etmişdir. Hesabat-seçki yığıncağında çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov partiyanın VII Qurultayında qəbul edilən çox mühüm qərarlardan danışıb, partiyada aparılan məqsədyönlü islahatlardan bəhs edib. Ramil Orucov, eyni zamanda ərazi partiya təşkilatının fəaliyyətini toxunaraq, görülən işlər və qarşıdakı perspektivlər barədə fikirlərini bölüşüb.

Sonra ərazi partiya təşkilatnın ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda həmçinin təşkilati məsələyə baxılıb. Partiya üzvlərinin yekdil qərarı ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov ərazi partiya təşkilatının sədri seçilib. Eyni zamanda, ərazi partiya təşkilatının sədr müavini də seçilib.

Həmid Nəsirov çıxış edərək ona göstərilən yüksək etimada görə ərazi partiya təşkilatının üzvlərinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultacağına söz verib.

Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə titullu idmançılarla və məşqçi-müəllimlərlə dəyirmi masa ətrafında səmimi şəraitdə qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Gəncənin idman ictimaiyyətinin nümayəndələri YAP Gəncə şəhər təşkilatının yeni sədri seçilmiş Ramil Orucovu və YAP Gəncə şəhər təşkilatının ərazi partiya təşkilatının sədri seçilən Həmid Nəsirovu təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulamışlar. Tədbirin sonunda xatirə şəkli çəkdirilmişdir.