ÜTF və texnologiya kafedrasında Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün işçi qrupun iclası keçirilib
14 mart 2025-ci ildə Gəncə Dövlət Universitetinin ÜTF və texnologiya kafedrasında Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün işçi qrupun iclası kecirildi. İclasın gündəliyində iki məsələ nəzərdə tutulmuşdu.
1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün işçi qrupun iş prosesinin qurulması.
2. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin yerinə yetirilməsinə nəzarəti təmin etmək məqsədilə işçi qrupun müvafiq iş planının tərtib edilməsi.
İclasda Elçin Cavadov çıxış edərək bildirdi ki, Akkreditasiya prosesinin yekun hesabatında GDU-ya təqdim edilən tövsiyələrin icrasına dair Fəaliyyət Planının hazırlanması tələb olunmuşdur. Tələb olunan fəaliyyət planı rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış işçi qrup tərəfindən hazırlanmış və universitet Elmi Şurasının 04.03.2025-ci il tarixli qərarı və rektorluğun 07.03.2025-ci il tarixli 5/125 saylı əmri ilə təsdiq edilmişdir. Hazırlanmış fəaliyyət planı Elmi Şurada təsdiq edilməzdən öncə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilmiş və razılaşdırılmışdır.
Hazırlanmış fəaliyyət planında qeyd edilən bəzi fəaliyyətlərin icrası üçün rektorluğun 05.03.2025-ci il tarixli 5/108 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının Əsasnaməsi, eyni zamanda rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyası və onun tərkibi təsdiq edilmişdir. Bundan sonra rektorluğun 07.03.2025-ci il tarixli 5/117 saylı əmri ilə Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi üçün işçi qrupu yaradılmışdır.
Bu səbəbdən, iclasda işçi qrupun iş prosesinin təşkili, vəzifə bölgüsü və qarşıda duran vəzifələr ətrafında müzakirə aparılmalı və müvafiq qərar qəbul edilməlidir.
Bundan sonra işçi qrupun üzvlərindən Yadigar Əliyev, Eldar Mehdiyev, Xəyalə Kəsəmənli, Günay Kazımova, Türkan Cəlilova, Nurəngiz Bəşirova çıxış edərəkFənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi proseduru üzrə tələb olunan məsələləri izah edərək, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının daxilində fəaliyyət göstərən işçi qrupun səmərəli və məqsədyönlü fəaliyyəti istiqamətində atılacaq addımlarla bağlı zəruri informasiyaları iclas iştirakçıları ilə bölüşdülər.
Fəaliyyət planında göstərilən fəaliyyətlərin hər bir işçi qrupun üzvü tərəfindən diqqətlə öyrənilməsinin və təhlil edilməsinin vacibliyini vurğulandı. Fəaliyyətlərin icrasının yalnız müvafiq sahə üzrə mütəxəssislərin fəal iştirakı ilə mümkün olacağını və bu səbəbdən hər bir tövsiyənin ətraflı şəkildə araşdırılmasının zəruri olduğunu qeyd edildi.
Sədr fəaliyyətlərin düzgün icrası üçün hər bir üzvün bu prosesə müvafiq yanaşması və fəal iştirakı ilə yanaşı, həmin fəaliyyətlərin icrasının düzgün şəkildə izlənməsinin də əhəmiyyətli olduğunu qeyd etdi.
Həmçinin vurğulandı ki, iş planında nəzərdə tutulan hər bir addımın universitetin siyasət və təlimatlarında əksini tapmış prinsip və qaydalara uyğun olmasına diqqət yetirilsin.
Yekunda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin icrasının təmin edilməsi məqsədilə işçi qrupun iş planının hazırlanması, iş planının universitetin strateji məqsədlərinə və akkreditasiya qiymətləndirməsinin nəticələrinə əsaslanaraq tərtib edilməsi, işçi qrupun struktur bölmələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsi, işçi qrupun növbəti iclasının 19 mart 2025-ci il tarixində keçirilməsi qərara alındı.