VAKSİNASİYA PROSESİNƏ HAMILIQLA QOŞULAQ!

COVİD-19 yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir nömrəli probleminə çevrilib. Hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və öz vətəndaşını maksimum ağır vəziyyətdən minimum itkilərlə çıxarmağa çalışır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində bu istiqamət üzrə ölkəmiz ilk sırada dayanan dövlətlərdən biridir. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkədə vaksinasiya prosesi aparılır. Vaksinasiya prosesi məhz insanlarda immunitetin yaranmasına kömək edir.Gəncə Dövlət Universitetinin də əməkdaşlarının vaksinasiya prosesi uğurla davam edir.Fevralın 18-də Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov COVID-19 əleyhinə peyvənd olunub. Universitetin 65 yaşdan yuxarı əməkdaşlarının əksəriyyəti vaksinasiya prosesindən keçiblər.Ölkədə artıq 50 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. Bu kateqoriyadan olan universitet əməkdaşları da vaksinasiya prosesinə artıq qatılırlar. Qeyd edək ki, peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.Əziz professor-müəllim heyəti, əməkdaşlar, COVID-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir!

Gəncə Dövlət Universitetinin Mətbuat xidməti