VASİF HƏSƏNOV “İLİN PEŞƏKAR GƏNCİ” MÜSABİQƏSİNİN QALİBİ OLDU
Gəncə Dövlət Universitetinin İnformatika kafedrasının baş müəllimi Vasif Həsənov Azad Həmkarlar İttifaqı Komitəsin sədri Afaq Qasımovanın təqdimatı əsasında Azərbaycan Təhsil İşçiləri Azad həmkarlar İttifaqı Respublika Komitəsinin “İlin peşəkar gənci” fəxri adı uğrunda keçirdiyi müsabiqədə iştirak etmiş, müsabiqənin qalibi kimi Universitetimizə uğur gətirmişdir.
Vasif Həsənov təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etdiyinə, öz peşəsində fərqləndiyinə və kollektivin rəğbətini qazandığına görə “İlin Peşəkar gənci” fəxri adına layiq görülmüşdür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev əməkdaşımızı təbrik edərək Konfederasiyanın fəxri fərmanını və pul mükafatını ona təqdim edmişdir.