Xarici dilin öyrədilməsində müasir yanaşmalar

27 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Rus dili kafedrasının təşkilatçılığı ilə növbəti təlim baş tutub. “Xarici dilin öyrədilməsində müasir yanaşmalar” mövzusunda olan təlim kafedranın dosenti Kubra Əliyeva tərəfindən aparılıb. Mövzu ətrafında geniş məlumat verən təlimçi onu da diqqətə çatdırıb ki, əsas məqsəd müəllim heyətinin rus dili üzrə qramatik biliklərinin daha da artırılmasıdır.

Təlim interaktiv diskussiya, praktik tapşırıqlar və müzakirələr əsasında davam edib.