Xocalı soyqırımı-qan yaddaşımız!
Fizika və texniki fənlər, Riyaziyyat-informatika və Pedaqoji fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Xocalı soyqırımı ilə əlaqədar videoçarx nümayiş olunub.
Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev, Riyazi analiz kafedrasının müdiri Orucəli Rzayev, Psixologiya kafedrasının müdiri Zümrüd Cavadova çıxış edərək Xocalı soyqırımında törədilən ağır cinayətlərdən danışıblar. Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.
Çıxışlardan sonra tələbələrin ifasında “Xocalı soyqırımı-qan yaddaşımız!” adlı bədii kompozisiya nümayiş etdirilib və vətənpərvərliyə aid şeirlər səsləndirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti