«YAŞIL ENERJİ, YAŞIL ŞƏHƏR VƏ YAŞIL NƏQLİYYAT» mövzusunda dəyirmi masa keçirilib

Gəncə Dövlət Universitetində “Yaşıl enerji, yaşıl şəhər və yaşıl nəqliyyat” mövzusunda dəyirmi masa keçirilib.

       Dəyirmi masada GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınınnümayəndəsi Elmar Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, eləcə də bir neçə universitetin əməkdaşları iştirak ediblər.

      Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək müzakirə olunan mövzuların önəmini vurğulayıb.

     İclasda  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov “Yaşıl iqtisadiyyat və yaşıl şəhər: çağırışlar və perspektivlər”, BMTİP-in Ekologiya layihələrinin rəhbəri Çingiz Məmmədov “İqlim dəyişikliyinin şəhərlərə və şəhərlərin iqlim dəyişikliyinə təsiri”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov “Gəncə şəhər Baş Planının UNECE tərəfindən strateji ekoloji qiymətləndirilməsi”, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazinin inkişaf şöbəsi müdirinin müavini Şahnaz Bədəlova “Gəncə şəhərinin Baş Planına yaşıl baxış” mövzularında məruzə ilə çıxış ediblər.

          Sonda mövzu ətrafında müzakirə aparılıb və  təkliflər dinlənilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti