YAY SEMESTRİNƏ CİDDİ YANAŞILIR

Gəncə Dövlət Universitetində tələbələrin akademik borclarını vaxtında ödəmələri üçün xüsusi qayğı və diqqət göstərilir. Bu borcların ödənilməsinin təlimata uyğun olaraq bir yolu da yay semestrlərinin təşkilidir.

Hal-hazırda rektorun əmri ilə yay semestri davam etməkdədir. Tarix-coğrafiya, Pedaqoji, Riyaziyyat-informatika fakültələrinin ayrı-ayrı ixtisaslarında təhsil alan tələbələr akademik borclarını ödəmək üçün yay semestrində iştirak edirlər. Rus dili kafedrasından müəllim Mənsurə Nağıyeva, Psixologiya kafedrasından baş müəllim Səbinə Şahverdiyeva, Ümumi texniki fənlər və texnologiya kafedrasından baş müəllim Afət Əliyeva, Həndəsə və Cəbr kafedrasından baş müəllim Natəvan Həsənova,  Bədən tərbiyəsi və idman kafedrasından baş müəllim İlqar Haqverdiyev tələbələrlə ciddi məşğul olur, akademik borclarını ödəmələri üçün lazımi bilikləri əldə etmələrinə səy göstərirlər.