Yeni tədris ili başlandı

Respublikamızın qərb bölgəsində ən nüfuzlu ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universitetində 2022-2023-cü tədris ilinə uğurla başlanıldı. Əvvəlki illərdə olduğu kimi bu il də universitetdə geniş hazırlıq işləri aparılmış, universitetin korpuslarında bəzi yenidənqurma işləri görülmüş, texnika və avadanlıqların təzələnməsi işləri həyata keçirilmişdir. Bundan başqa uzun illərdən bəri istismara yararsız vəziyyətdə olan tələbə yataqxanaları əsaslı şəkildə təmir edilmiş və burada tələbələrin rahatlığı üçün bütün şərait yaradılmışdır.

Əvvəlki illərdə olduğu kimi bu il də Gəncə Dövlət Universitetində təhsil almaq istəyənlərin sayı çox olmuşdur. Məhz bunun nəticəsidir ki, 2022-2023-cü tədris ilində bakalavriat səviyyəsinə ümumi 1710 plan yerinə 1600 nəfər abituriyent qəbul olunmuşdur. 15 sentyabr 2022-ci il tarixə qədər portal.edu.az səhifəsindən 1567 nəfər müraciət etmiş, onlardan 1555 nəfəri qəbul edilmiş, 12 nəfər abituriyent müəyyən səbəblərdən imtina etmişdir. Məlumat üçün bildirək ki, portal II tur abituruyentlər üçün 19 sentyabr gecə 23:59-a qədər, məsul şəxslər üçün isə 20 sentyabr 2022-ci il tarixə kimi aktiv olacaqdır.  

Hörmətli müəllimlər, əziz tələbələr yeni tədris ilinin başlanması münasibəti ilə sizi təbrik edir və uğurlar arzulayırıq!

Mətbuat və İctimaiyyətlə Əlaqələr Xidməti