UNİVERSİTETDƏ 2021/2022-Cİ TƏDRİS İLİNİN YAZ SEMESTRİNİN TƏDRİS MƏŞĞƏLƏLƏRİ ƏYANİ FORMADA BAŞLAYIB

Gəncə Dövlət Universiteti üzrə bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslarda 2021/2022-ci tədris ilinin yaz semestrinin tədris məşğələləri 16 fevral 2022-ci il tarixdən başlayaraq əyani formada təşkil olunub.

Respublika ərazisində sanitar-epidemioloji şərait qənaətbəxş olmadığına görə əyani formada tədrisə cəlb olunacaq tələbələr arasında sıx təmasın koronavirus infeksiyasına yoluxma hallarının artmasına səbəb ola biləcəyi nəzərə alınaraq bütün növ tədris məşğələlərinin müddəti 80 dəqiqədən (fasiləsiz) ibarət olması və aşağıdakı qrafik üzrə dərslərin keçirilməsi qərara alınıb.

Bakalavriat səviyyəsi üzrə:

I növbə

I saat – 08:30-09:50

II saat – 10:00-11:20

III saat – 11:30-12:50

II növbə

I saat – 13:30-14:50

II saat – 15:00- 16:20

III saat – 16:30 – 17:50

Magistratura səviyyəsi üzrə:

Magistratura səviyyəsində təhsil alan və işləyən tələbələrin təhsil almasına şərait yaratmaq məqsədilə cari tədris ilinin yaz semestrindən etibarən tədris məşğələləri axşam növbəsinə keçirilib. Tədris məşğələləri həftənin beş iş günündə saat 17:00-dan 21:10-dək olan vaxtda keçiriləcək. I kursların tədris məşğələləri I növbədə, II kursların isə II növbədə təşkil olunacaq.

I növbə I kurs:

I dərs – 17:00 – 18:20

II dərs – 18:25 – 19:45

II növbə II kurs:

I dərs – 18:25 – 19:45

II dərs – 19:50 – 21:10