“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın təkcə regional deyil, qlobal sülh və humanitar dəyərlər sistemində aparıcı aktor kimi mövqeyini möhkəmləndirir
04 fevral 2026-cı ildə Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı ölkəmizin beynəlxalq sülh gündəliyində artan nüfuzunun növbəti təsdiqi oldu. Bu mükafata layiq görülmək təkcə dövlətimizin başçısına göstərilən ehtiram deyil, eyni zamanda, Azərbaycanın humanizm prinsiplərinə əsaslanan siyasətinə verilən yüksək beynəlxalq qiymətdir.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir. Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesaj aydın idi: uzunmüddətli münaqişələrə baxmayaraq, sülh mümkündür. Bunun üçün əsas şərt güclü siyasi iradə və beynəlxalq ictimaiyyətin konstruktiv dəstəyidir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


