ƏMƏKDAŞLARIMIZ BEYNƏLXALQ SİMPOZİUMDA

111

Bu günlərdə qardaş  Türkiyənin Antalya şəhərinin Pamukkala Universitetində “Avrasiyada biomüxtəliflik” mövzusunda Beynəlxalq simpozium keçirilmişdir.

Simpoziumda AMEA-nın Dendrologiya İnstitutundan, Belarus Dövlət Universitetindən, Qazaxıstan Respublikasının Əl-Fərabi adına Milli Universiteti, Bitki, Biologiya və Biotexnologiya İnstitutu, Təhsil və Elm Nazirliyinin Elm Komitəsindən və Rusiya Dövlət Aqrar Universitetindən nümayəndələr iştirak etmişlər.
100-dən artıq elmi əməkdaşın çıxışı dinlənimiş, “SEAB–2016.Avrasiyada biomüxtəliflik” simpoziumu çərçivəsində Türkiyənin Antalya şəhərində keçiriləcək “Expo 2016” adlı  muzeylərə, bağçalara  və botanika bağlarına baxış keçirilmişdir.

Simpoziumda Gəncə Dövlət Unmiversitetini Ekologiya kafedrasının müdiri professor əvəzi Sevda Əhmədova, Botanika kafedrasının dosenti Zilxumar İsmayılova, dissertant Səbinə Axundova təmsil etmişlər. Onların məruzələri maraqla dinlənilmiş və sertifikatlara layiq görülmüşdür.