ƏYLƏNCƏLİ PARTİ TƏŞKİL OLUNDU

11 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və rəhbərliyi ilə  Gəncə şəhərində yerləşən istirahət və ticarət mərkəzi Aura parkda “Biz gəncik” devizi altında əyləncəli parti təşkil olundu.

Parti gedişatında tələbə gənclər öz bacarıqlarını nümayiş etdirmiş, mahnılar oxumuş, milli və xarici musiqilər altında rəqs qabiliyyətlərini göstərmiş, müxtəlif məzmunlu əyləncəli oyunlarda fəal olmağa çalışmışlar.

Tələbələr böyük  ruh yüksəkliyi və şənliklə yekunlaşan tədbirdən razı qaldıqlarını bildirərək onların asudə vaxtlarının mənalı təşkili üçün Tələbə Gənclər Təşkilatına minnətdarlıqlarını bildirmişlər.