80 YAŞLI YUBİLYAR TƏBRİK EDİLDİ

10 fevral 2015-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində keçirilən fakültə həmkarlar təşkilatının hesabat-seçki iclasında ömrünü Gəncə Dövlət Universiteti ilə bağlamış Riyazi analiz kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Sadıqov Məmməd Mustafa oğlunun 80 yaşı xüsusi ilə qeyd olundu. Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova gənc nəslin yetişməsində, gələcəyin savadlı kadrlarının hazırlanmasında böyük zəhmət sərf etmiş Məmməd müəllimi komitənin fəxri fərmanı və pul mükafatı ilə təbrik edib, ona can sağlığı, uğurlar dilədi.