GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN STARTAP KOMANDASI RESPUBLİKA SƏVİYYƏSİNDƏ KEÇİRİLƏN “STARTAP GÜNLƏRİ” LAYİHƏSİNİN QALİBİ OLUB
25 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində “Startap Günləri” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Gəncə Dövlət Universitetinin startap komandası respublika səviyyəsində keçirilən “Startap Günləri” layihəsinin qalibi olub. Qeyd edək ki, Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsinin tələbələrindən ibarət komandanın “DiaDondurma” adlı startap ideyası birinci yerə layiq görülüb. Cari ilin aprel-iyul aylarını əhatə edən layihə […]