UNİVERSİTETİN ƏMƏKDAŞLARI İSVEÇDƏ KEÇİRİLƏN BEYNƏLXALQ TƏLİMLƏRDƏ İŞTİRAK EDİBLƏR

Gəncə Dövlət Universitetinin əməkdaşları 14-18 oktyabr 2019-cu il tarixində İsveç Krallığının Kral Texnologiya İnstitutunda keçirilən “Ali təhsilin inkişaf etdirilməsi” adlı beynəlxalq təlimlərdə iştirak etmişdir. 7 ölkənin iştirakı ilə keçirilən beynəlxalq təlimlərdə Yaponiya, Çin, Braziliya, Argentina, Kolumbiya, Çili və layihənin üzvü olan 11 Azərbaycan universitetlərindən nümayəndələr iştirak etmişdir.

Bir həftə müddətində davam edən təlimlər zamanı əsas mövzular KTH Kral Texnologiya İnstitutu və İsveç ali təhsil modeli, Tələbələrin öyrənmə prosesini necə yaxşılaşdırmaq olar, dayanıqlı inkişaf anlayışının universitetlərin iş prosesinə  inteqrasiya olunması, gələcək üçün strategiyalar və s. olmuşdur. Təlimlər zamanı Kral Texnologiya İnstitutu tərəfindən təqdimatlar edilmiş, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış və faydalı müzakirələr edilmişdir. Sonda təlimlərdə iştirak edən əməkdaşlara KTH Kral Texnologiya İnstitutunun sertifikatları təqdim olunub.