TSPX İXTİSASININ TƏLƏBƏLƏRİ PEDAQOJİ TƏCRÜBƏDƏ


Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının  bağlanması ilə əlaqədar Gəncə Dövlət Universitetinə köçürülmüş TSPX –təhsildə sosial psixoloji xidmət ixtisasının IY kurs tələbələri fevral ayının 16-dan mart ayının 16-dək Mehdizadə adına 4 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olmuşlar. Onlar bu müddət ərzində psixo-diaqnostika sahəsində əsaslı işlər aparmış, müasir metodlardan istifadə etmə bacarığına yiyələnmiş, biliklərini əyani surətdə bir qədər də zənginləşdirmişlər.  Tələbələr hal-hazırda Gəncə humanitar kollecində öz təcrübələrini uğurla davam etdirirlər.
Pedaqoji təcrübənin nizam-intizam çərçivəsində, təlimata uyğun tələblər  əsasında davam etdirilməsində, tələbələrdə öz ixtisaslarına marağın artırılmasında, sosial psixoloji xidmət sahəsində yeniliklərlə tanış olmalarında və biliklərini tətbiq etmələrində pedaqoji təcrübənin rəhbəri, Psixologiya kafedrasının baş müəllimi Leyla Həsənovanın əməyi diqqətəlayiqdir.