“ƏSRİN MÜQAVİLƏSİ VƏ MÜSTƏQİL AZƏRBAYCAN” MÖVZUSUNDA MÜZAKİRƏ


19 sentyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Tarix-coğrafiya, Xarici dillər və Biologiya-kimya fakültələrinin I kurs tələbələrinin iştirakı ilə “Əsrin müqaviləsi və Müstəqil Azərbaycan” mövzusunda dəyirmi masa təşkil olunmuşdur.
İlk öncə Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov universitetə yeni qəbul olmuş tələbələri təbrik edib, onlara uğurlar arzuladı. Gəncə Dövlət Universitetinin YAP ərazi ilk partiya təşkilatının sədri dosent Cavid Bağırzadə çıxış edərək iştirakçılara Əsrin müqaviləsinin imzalanma mərhələləri, ölkəmizin hər sahədə tərəqqisinə, xüsusən iqtisadiyyatın vüsətli inkişafına bəxş etdiyi töhfələr haqqında ətraflı məlumat verdi.
Tədbirin yekununda “Əsrin müqaviləsi və Müstəqil Azərbaycan” adlı video-çarx nümayiş olundu.
Tədbirdə Universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı, onun həyata keçirdiyi layihələr haqqında da bəhs olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − five =