YUBİLYARA HƏSR EDİLMİŞ TƏDBİR

30 dekabr 2016-cı il tarixdə  Gəncə Dövlət Universitetinin II tədris binasının iclas zalında  Fizika və texniki fənlər fakültəsinin təşkilatçılığı ilə Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının “Əməkdar rəssam”ı Məmmədov Şaiq Murtuzəli oğlunun 60 illik yubileyi təntənə ilə qeyd edilmişdir.

Unuiversitetin rektoru, professor Yusif Yusibov yubilyarı təbrik edərək  qeyd etdi ki, Şaiq müəllim təkcə universitetimiz, şəhərimiz üçün yox, Respublikamız üçün dəyərli  incəsənət adamıdır. 1989-cu ildə elmi və pedaqoji fəaliyyətini Gəncə Dövlət Universitetinin Təsviri incəsənt kafedrası  ilə bağlamışdır.  Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2010-cu ildə professor elmi adına,  2007 -ci ildə Azərbaycan Respublikasının “Əməkdar rəssam” fəxri adına layiq görülmüşdür.   Respublikamızda xalq sənətinin inkişaf etdirilməsində əvəzsiz xidmətləri var. 70-dən çox müxtəlif səviyyəli sərgilərin, sərgi – yarmarkaların və müsabiqə sərgilərinin iştirakçısıdır. Təsviri incəsənət sahəsində hazırladığı yüzlərlə mütəxəssis Şaiq müəllimi  savadlı müəllim, qayğıkeş insan kimi öz qəlblərində yaşadırlar.

Professor Yusif Yusibov Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanını Şaiq müəllimə təqdim etmiş, rektorluq adından isə televizorla mükafatlandırmışdır.

Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova,rektorun baş müşaviri dosent Asif Cavadov, Gəncə şəhər Uşaq rəssamlıq məktəbinin direktoru Habil Əzizov, Azərbaycan Respublikasının “Əməkdar rəssam”ı Mübariz Əkbərov, Təsviri incəsənt kafedrasının müdiri dosent Mərdan Məmmədov, həmin kafedranın rəssamı dosent Akif Hüseynov, Fizika kafedrasının dosenti Yəhya Namazov, Azərbaycan Rəssamlıq Akademiyasının məzunu Fəxri Musazadə və  tələbələr  yubilyarı təbrik edib, xoş sözlərini bildirdilər. Universitetin bədii özfəaliyyət kollektivi isə təbriklərini maraqlı musiqi nömrələri ilə çatdırdılar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =