HƏMKARLAR İTTİFAQI MÜKAFATLANDIRDI

30 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Azad Həmmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda Coğrafiya kafedrasının dosenti  Rəşad Nuriyevin anadan olmasının 70 illiyi münasibətilə pul mükafatı təqdim edilmişdir.

Komitənin sədri Afaq Qasımova məlumat verdi ki, Universitetinin  Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Mehdi Nizami oğlu Rəhimov      təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etdiyinə, öz peşəsində  fərqləndiyinə və kollektivin  rəğbətini qazandığına görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan olunmuş “İlin Peşəkar gənci” fəxri adı müsabiqəsinin qalibi olmuş və ona “İlin Peşəkar gənci” fəxri adı verilmişdir.

Sonra Afaq Qasımova “İlin Peşəkar gənci” fəxri adı diplomunu, döş nişanını və pul mükavatını Mehdi Rəhimova vermişdir.