“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ”

05 iyun 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində Elm və innovasiyalar üzrə prorektor  dosent Pərvin Kərimzadənin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı çərçivəsində 2017-ci ilin 5-15 iyun tarixlərində bütün bölgələr əhatə olunmaqla Fondun Lektorlar qrupu üzvlərinin “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” və “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələrin keçirilməsi məqsədi ilə məlumatlandırıcı tədbir keçirilmişdir.

Universitetdə təşkil olunan tədbirdə universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə Heydər Əliyev və Azərbaycanda Dövlət Quruculuğu mövzusu ilə çıxış etmişdir. Prorektor qeyd etmişdir ki, ölkə əhalisinin ictimai-siyasi, sosial-mədəni sahədə maarifləndirilməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların, müxtəlif tədbirlərdə etdiyi çıxışların mahiyyətinin izahı, dövlətin daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı bilgilərin geniş ictimaiyyətə çatdırılması, bölgələrdə ideoloji işin gücləndirilməsi məqsədilə müxtəlif mövzularda silsilə mühazirələrin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qarşısında konkret vəzifə olaraq qoyulmuşdur. 24 may tarixində Bilik Fondunda keçirilmiş müşavirədə Bilik Fondunun vəzifələri bir daha dəqiqləşdirilmiş, “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramının hazırlanması və icrasına başlanması tövsiyə edilmişdir. Pərvin Kərimzadə bildirdi ki, proqram aşağıdakı vəzifələrin icrasını nəzərdə tutur:

– ölkədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, respublikanın orta ümumtəhsil, orta-ixtisas və ali məktəblərində, sənaye müəssisələrində, elm və mədəniyyət ocaqlarında, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, idman və digər sosial təyinatlı idarə və təşkilatlarda təcrübəli alim və mütəxəssislərin, ictimai xadimlərin mühazirə və təlimlərinin təşkili;

– elmi biliklərin müxtəlif sahələri üzrə əhalinin maarifləndirilməsi məqsədilə broşür və bukletlərin, reklam materiallarının hazırlanaraq paylanması, sosial mövzuda video-çarxların çəkilişi və nümayiş etdirilməsi;

– kitab təqdimatları və sərgilərin, rəsm və foto müsabiqələrinin təşkili;

– alim və mütəxəssislərlə görüşlərin, dəyirmi masa, diskussiya və debatların təşkili;

– Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamların, qüvvəyə minmiş qanunların və digər hüquqi aktların, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların mahiyyəti, dövlət quruculuğu, iqtisadi, sosial, elmi və mədəni sahələrdə görülən işlər barədə əhali arasında izahedici və təbliğat xarakterli maarifləndirici tədbirlərin həyata keçirilməsi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =