Təcrübə və karyera şöbəsi müxtəlif layihələr əsasında işlərini davam etdirir

06 iyun 2017 –ci ildə Təcrübə və karyera şöbəsinin əməkdaşları Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə hesablaşmaları şöbəsinin müdiri Əliyev David Nəriman oğlu ilə Universitetimizin iqtisad yönümlü tələbə və magistrləri ilə bağlı işgüzar görüş keçirmişlər.  ADYQSC-nin Maliyyə şöbəsinin müdiri D.N. Əliyev ilə Təcrübə və karyera şöbəsinin əməkdaşları dosentlər M.Məmmədov və C. Qarayev, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent F. Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Ş. Xurşudov və Magistratura şöbəsinin müdiri dosent E.Yaqubov əməkdaşlıq barəsində, universitet ilə həmin təşkilat arasında tələbə və magistrlərin karyeraları və onların işlə təminatı ilə bağlı gələcək fəaliyyət proqramları barəsində razılaşma əldə edildi.

07 iyun 2017 – ci il tarixdə universitetin IV tədris korpusunda İqtisadiyyat və idarəetmə fakültəsinin dəvət olunmuş magistrləri, IV kurs tələbələri və ötən illərin məzunları ilə Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə D.Əliyevlə işçi qaydada görüş keçirildi. Həmin görüşdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə hesablaşmaları şöbəsinin müdiri David Əliyev Nəriman oğlu, dosentlər M.Məmmədov və C.Qarayev tədbirdə iştirak edən iqtisad yönümlü ixtisasların magistr və tələbələrinə onların gələcək karyeraları və işlə təmin olunmaları barədə ətraflı məlumatlar, izahatlar verildi, onları maraqlandıran məsələlər ilə bağlı suallara aydınlıq gətirdi.