Gəncə Dövlət Universitetinin rektoru Türkiyədə islam ölkələrinin Ali Təhsil Konfransında iştirak edir

Ankarada İslam Dünyası Ali Təhsil Konfransının təsis edilməsi ilə bağlı müsəlman ölkələrinin tanınmış universitetlərinin rektorlarının dördüncü toplantısı keçirilir.

Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə keçirilən toplantı Prezident Administrasiyasında təşkil olunub.

Toplantıda ölkəmizi müxtəlif ali məktəblərin rektorları – Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev və Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı təmsil ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantının rəsmi açılış mərasimində çıxış edib.

İslam Dünyası Ali Təhsil Sahəsinin təsis edilməsi ideyasının məqsədi müsəlman ölkələrinin nüfuzlu ali məktəbləri arasında tələbə mübadiləsini genişləndirmək, mövcud təcrübələrdən qarşılıqlı olaraq daha səmərəli istifadə etmək, rektorluqlar arasında əlaqələri gücləndirmək, xarici ölkələrdə təhsil alan gənclərin öz vətənlərinə dönmələrinə çalışmaqdır.

Toplantı iyulun 27-də panellər üzrə davam edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 20 =