Azərbaycanın özü kimi əbədi

Zaman keçdikcə və biz dünyada baş verən siyasi prosesləri dərk etdikcə Heydər Əliyevin xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, böyük zəhmət, məşəqqət və fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq.

Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə universitetdə təşkil olan tədbirdə rektor, professor Yusif Yusibov tərəfindən səsləndirilib.

Anım tədbirində əvvəlcə ümummilli lider Heydər Əliyevin həyatının və zəngin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı mərhələlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Heydər Əliyev və Azərbaycan tarixi”, rektorun müşaviri, dosent Asif Cavadov “Azərbaycan 1993-2003-cü illərdə”, GDU YAP-ın sədri Cavid Bağırzadə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, Azərbaycan tarixi kafedrasının Baş müəllimi Elminaz Namazova “Ulu Öndər və əsrin müqaviləsi”, həmçinin tələbə Çinarə Hümbətovanın “Ümummilli Lider və Azərbaycan gəncliyi”  mövzusundakı çıxışları dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =