Gəncə Dövlət Universitetinin iştirak etdiyi MEDIATS layihəsi çərçivəsində online seminar keçirilib

2 İyun 2020-ci il tarixində Gəncə Dövlət Universitetinin də iştirak etdiyi MEDIATS layihəsi çərçivəsində online seminar baş tutub. Seminar zamanı Niderland Biznes Akademiyasının kordinatoru olduğu Avropa Komissyasının Erasmus+ proqramının MEDİATS layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Ukrayna universitetlərində mediasiya üzrə yaradılan magistr proqramı müzakirə olunub. İştirakçılar magistr proqramının hazırlanması haqqında təqdimatlar edib. Niderland, İspaniya və Latviyadan olan expertlər Avropada pandemiya dövründə mediasiyanın vəziyyəti haqqında danışıb və sualları cavablandırıb.