GDU nümayəndələri İspaniyanın Alikante universitetində təlimlərdə iştirak edib

1-8 İyun 2019-cu il tarixlərində Gəncə Dövlət Universitetinin də iştirak etdiyi EQAC layihəsi çərçivəsində İspaniyaya səfər baş tutub. Səfərin əsas məqsədi Bakı Biznes Universitetinin kordinatoru olduğu Avropa Komissyasının Erasmus+ proqramının EQAC layihəsi çərçivəsində İspaniyanın Alikante Universitetində keçirilən təlimlərdə iştirak olub. Təlimlər zamanı əsas mövzular universitetlər üçün SWOT təhlil hazırlamaq, Avropa standartları və təlimatlarına uyğun olaraq universitelərin güclü və zəif tərəflərini, imkanları və mümkün təhlükələri təhlil etməkdən ibarət olub. Avropalı ekspertlər həmçinin öz universitetlərində olan keyfiyyət

təminatı üçün olan daxili struktur və prosedurlar haqqında təlimlər keçib. Təlimlər zamanı keyfiyyət təminatı mexanizmi, keyfiyyət göstəricilərinin hazırlanması və monitorinqi mövzularına toxunulub. Eyni zamanda müasir təlim, öyrənmə və qiymətləndirmə metodları, təhsildə təhlil, verilənlərin vizualizasiyası və keyfiyyətlə bağlı bir sıra başqa mövzular haqqında müzakirələr aparılıb.