Kimya-biologiya fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib

Tələbə Gənclər Təşkilatı universitetin Biologiya-kimya Fakültəsinin 1-ci kursunda təhsil alan tələbələrlə görüş keçirib.

Təşkilatın sədri Orxan Məmmədov universitetdə tələbələrin iştirakı ilə görülmüş işlər, gənclərlə birgə maraqlı layihələrin həyata keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, bilik səviyyələrinin və dünyagörüşlərinin artırılması məqsədilə yaradılan hər cür şərait haqqında ətraflı məlumat verib.

Tədbirdə Tələbə Gənclər Təşkilatının son bir il ərzində fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib..

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.