TƏLƏBƏLƏRİMİZ FESTİVALDA RƏĞBƏT QAZANDILAR

01 oktyabr 2016-cı il tarixdə Gəncəçay Park Bulvar Kompleksində “Avropa Gənclər Festival”ının açılış mərasimi keçirilimişdir. Mərasim iştirakçılarını ilk öncə rəmzi olaraq Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və Cavad xan obrazları qarşılayıblar. Tədbirdə Azərbacan xalqının əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən güşələr, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş etdirilmişdir. Gəncə Dövlət Universitetinin kollektivi, xüsusən tələbələr də bu tədbirin fəal üzvləri olmuşlar. Tələbələrin əldə etdikləri nailiyyətləri əks etdirən eksponatlar, gənc rəssamların əsərlərindən ibarət sərgi, Azərbaycan mətbəxinin zənginliyini əyani olaraq göstərən 10 cür plov avropalı qonaqları heyran etmişdir.