SINAQ İMTAHANI KEÇİRİLMİŞDİR
24 sentyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsində fakültənin tədris işləri üzrə dekan müavini dosent Rauf Məmmədovun rəhbərliyi, Həndəsə və Cəbr kafedrasının müdiri dosent İlqar Cabbarovun, həmin kafedranın müəllimi Miran Ələsgərovun, doktorantlardan Amil Həsənovun, Rza Ələsgərovun təşkilatçılığı ilə IV kurs tələbələri üçün magistraturaya sınaq imtahanı keçirilmişdir.
3 saat davam edən ödənişsiz təşkil olunan sınaq imtahanında Universitetetin bütün fakültələri əhatə olunmaqla 150 nəfər tələbə iştirak etmişdir. Təşəbbüs bütün tələbələrin ciddi marağına səbəb olmuşdur. Tələbələr fakültənin rəhbərliyinə və təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.