ƏMƏKDAŞLARA “NOVRUZ SOVQATI” PAYLANILDI
Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsi əməkdaşlarla daim əlaqə saxlayır, hər birinin problemi ilə yaxından maraqlanır, ehtiyac duyulan problemlərin vaxtında həll edilməsi üçün bütün imkanlardan istifadə olunur. Komitə 8 mart Beynəlxalq Qadınlar gününü yüksək səviyyədə keçirdikdən sonra xalqımızın ən əziz bayramını ləyaqətlə qarşılamaq məqsədilə tədbirlərin hazırlanmasında fəal iştirak edir. Artıq Universitetin 314 əməkdaşına Komitənin sədri Afaq Qasımovanın rəhbərliyi ilə “Novruz sovqatı” paylanıldı.