Əməyin mühafizəsi ilə bağlı seminar keçirildi.

kk2511141

25 noyabr 2014-cü il tarixdə GDU-nin kimya kafedrasında Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Əməyin mühafizəsi ilə bağlı “Hər kəsin təhlükəsiz və sağlam iş  şəraitində işləmək hüququ vardır” adlı seminar keçirildi. Seminarda Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova əməyin mühafizəsi məsələsinin dövlətimizin daim diqqət mərkəzində olduğunu xüsusilə vurğuladı. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin hər bir azərbaycanlının  sağlam həyatına və firavanlığına xidmət edən uğurlu siyasəti, həmçinin əmək adamlarının hüquqlarının təminatına xüsusi diqqət yetirməsi sayəsində müsbət göstəricilər ilbəil artır. Bu sahədə Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin də böyük əməyi  vardır. Məhz ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən Həmkarlar İttifaqı Təşkilatları ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarını qorumaqla yanaşı, onların əməyinin mühafizəsi, ətraf mühitə və sağlamlığa mənfi təsir göstərən faktorların aradan qaldırılması, ittifaq üzvlərinin sağlam və təhlükəsiz iş şəraiti ilə təmin olunması ilə bağlı bütün məsələlərin müsbət həllinə nail olmağa çalışır.
Seminarda kimya kafedrasının tədris-köməkçi heyətinin laboratoriya otaqlarında təhlükəsizlik qaydalarına riayət etmələri, həmçinin qurğularla, avadanlıqlarla, kimyəvi reaktivlərlə davranmaq  və onlarla işləmək qaydaları ilə tanışlıq və s. məsələlər ətrafında müzakirələr aparıldı.
Seminarda fakültə dekanı dos.İ.Alverdiyev, HİK-nin heyət üzvü dos. M.Qazıyev də mövzu ilə bağlı çıxış etdi.

kk2511142 kk2511143