AÇIQ DƏRS KEÇİRİLDİ


15 dekabr 2014-cü il Gəncə Dövlət Universitetində Kimya kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Məmmədova Aynur Teyyub qızının kimya ixtisasının III kurs tələbələrinə üzvi kimya fənnindən “Aromatik aldehid və ketonlar” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə rektor Yusif Yusibov, Ümimi işlər üzrə prorektor Ceyhun Qurbanov, Kimya kafedrasının müdiri, dosent Qulu Qurbanov, Biologiya-kimya fakültəsinin dekanı, dosent İsfəndiyar Alverdiyev, Psixologiya kafedrasının baş müəllimi Ələkbərova Aybəniz, ADU-nun dosentləri Kamandar Daşdəmirov və Şahin Əmirov,  Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsindən İsa Ələsgərov, Mahirə Şərifova, Gəncə şəhər təhsil idarəsinin nümayəndəsi, orta məktəblərdən ixtisas müəllimləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Kimya üzrə fəlsəfə doktoru Aynur Məmmədova texiki və tenoloji baxımdan daha güclü hesab edilən “Ağıllı lövhə” vasitəsilə keçirdiyi açıq dərs nəinki tələbələrin, həm də iştirakçıların marağına səbəb oldu. Dərsin əyani surətdə keçirilməsi, elmi məlumatların yeniliyi və zənginliyi, müəllimin pedaqoji ustalığı Gəncə Dövlət Universitetinin uğurlarını bir daha təsdiq etdi.
Açıq dərsin sonunda rektor Yusif Yusibov tələbələrə və iştirak edən qonaqlara Universitetdə son vaxtlar görülən işlərdən, müasir tələblərə uyğun yaradılan şəraitdən bəhs edərək, sonrakı planlardan da qısa şəkildə məlumat verdi. Açıq dərsdən razı qaldığını bildirməklə, Universitetin son uğurlarından biri kimi qiymətləndirdi.
Gələn qonaqlar  açıq dərslərin belə bir şəkildə təşkil olunduğuna öz müsbət münasibətlərini bildirib, bu ənənənin digər ali məktəblərdə də davam etdirilməsini vurğuladılar.
Açıq dərs ictimaiyyətə çatdırmaq üçün  İnter.az saytı tərəfindən lentə alındı.