ƏZİZ ŞUŞA, SƏN AZADSAN!

Hər bir Azərbaycanlının milli qürur mənbəyi olan Şuşa şəhəri müzəffər Azərbaycan Ordusu tərəfindən 28 illik işğaldan azad edilmişdir.

Bu münasibətlə doğma xalqımızı və bu günlərdə ürəyi Azərbaycanla bir döyünən hər bir vətəndaşı təbrik edirik və bildiririk ki, bu müqəddəs missiyanı həyata keçirən Ali Baş Komandanla, müzəffər ordumuzla qürur duyuruq!

Eşq olsun qüdrətli, yenilməz, cəsur Ali Baş Komandanımıza və məğlubedilməz Azərbaycan Ordusuna!

Tanrı səni qorusun, Azərbaycan Əsgəri!

 Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti