“20 Yanvar” faciəsinin iyirmi beşinci ildönümündə Universitetdə keçiriləcək tədbirlərin planı

Gəncə Dövlət Universitetində də hər il olduğu kimi bu il də “20 Yanvar” faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsinə ciddi diqqət yetirilir və hazırlıq işləri aparılır. Bu, Universitet üzrə keçiriləcək tədbirlərin planında da öz əksini tapmışdır.

Sıra

Tədbirlər

İcra vaxtı

İcraya məsul

1.​ 

Universitetdə təhsil alan tələbələrin

“20 Yanvar” faciəsini əks etdirən rəsm əsərlərindən ibarət sərgisinin təşkil edilməsi

9-19 yanvar 2015-ci il

Humanitar məsələlər üzrə prorektor, “Təsviri incə-sənət” kafedrası

2.​ 

Universitetin kitabxanasında “20 Yanvar”hadisələri ilə bağlı bədii qiraət gecələrinin keçirilməsi

12-15 yanvar 2015-ci il

Humanitar məsələlər prorektor, S.Hüseynova, kitabxananın müdiri

3.​ 

“Yüksəliş” qəzetində “20 Yanvar” faciəsi ilə bağlı məqalələrin, xatirələrin dərc etdirilməsi

Yanvar

2015-ci il

“Yüksəliş” qəzetinin redaksiyası

4.​ 

Bütün fakültələrdə və şöbələrdə

“20 Yanvar” hadisələri ilə bağlı matəm mitinqlərinin keçirilməsi

15-19 yanvar 2015-ci il

Rektorluq, fakültə

dekanları

5.​ 

“20 Yanvar” şəhidlərinin xatirəsinə ümumuniversitet iməciliyinin keçirilməsi

15-16 yanvar 2015-ci il

Rektorluq,

ictimai təşkilatlar,

fakültə dekanları

6.​ 

Bütün tədris qruplarında “Qanlı Yanvar”faciəsinə həsr edilmiş xüsusi dərslər və məşğələlərin keçirilməsi

16-19 yanvar 2015-ci il

Humanitar məsələlər üzrə prorektor, fakültə dekanları

7.​ 

Universitetdə “20 Yanvar” faciəsinə həsr edilmiş xüsusi toplantı və ədəbi-bədii kompozisiyanın təşkil edilməsi

19 yanvar 2015-ci il

Rektorluq,

ictimai təşkilatlar

8.​ 

Gəncə şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidəyə professor-müəllim heyətinin və tələbələrin ziyarətinin təşkil edilməsi

20 yanvar 2015-ci il

Rektorluq,

ictimai təşkilatlar,

fakültə

dekanları