2014/2015-ci tədris ilinin payız (qış) imtahan sessiyası

2014/2015-ci tədris ilinin payız (qış) imtahan sessiyasının şəffaf, təlimata uyğun şəkildə keçirilməsi üçün hazırlıq işləri ilə əlaqədar Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov aidiyyatı qrumlara göstərişlər vermiş və əmr imzalamışdır.
§ 1.
Təhsilin bakalavriat səviyyəsinin əyani formasında sessiyanın gedişində I,II,III və IV kurslarda 2009, 2010, 2011, 2012, 2013 və 2014 – cü illərdə, qiyabi təhsil forması üzrə I, II, III, IV və V kurslarda 2010, 2011 və 2014 – cü illərdə təsdiq edilmiş, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialından köçürülmüş ixtisaslarda isə əyani və qiyabi şöbədə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən tərtib olunmuş tədris planlarına və mövcud təlimatlara riayət edilsin.
Kredit sistemi ilə fəaliyyət göstərən ixtisaslarda imtahan sessiyası Təhsil Nazirinin 11.09.2008-ci il tarixli 1059 saylı əmri ilə təsdiq edilmiş «Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında müvəqqəti əsasnamə» yə uyğun təşkil edilsin.
Təhsilin magistratura səviyyəsinin əyani və qiyabi formasında sessiyanın gedişində I kurslarda 2014-cü, II kurslarda 2012 və 2013- cü illərdə təsdiq edilmiş tədris planlarına və mövcud təlimatlara riayət edilsin.
§ 2.
Təhsilin bakalavriat səviyyəsinin əyani formasında payız imtahan sessiyası I, II, III və IV kurslarda 2015-ci il yanvarın 05-dan 30-na, Fransız dili ixtisasının II, III və IV kurslarında 2015-ci il yanvarın 05-dan 2015-ci ilin yanvarın 25- nə olan müddətdə keçirilsin. Qiyabi şöbədə payız yoxlama-imtahan sessiyası 2015-ci il yanvarın 05-dən 30 -dək olan müddətdə keçirilsin.
AMİ Gəncə filialından köçürülən əyani ixtisasların II, III və IV kurslarında payız imtahan sessiyası 2015-ci il yanvarın 05-dan 30-na, qiyabi ixtisasların II kurslarında isə 2015-ci il yanvarın 05-dan 30-na olan müddətdə keçirilsin.
Təhsilin magistratura səviyyəsinin əyani formasında payız semestrinin imtahan sessiyası I və II kurslarda 2015-ci il yanvarın 05 – dən 30-na olan müddətdə keçirilsin. Qiyabi formada qış yoxlama-imtahan sessiyası I kurslarda 2014-cü il noyabrın 17-dən 2014 – cü il dekabrın 21-nə, II kurslarda isə 2014 – cü il dekabrın 15-dən 26-na olan müddətdə keçirilsin.
Qiyabi şöbəyə köçürmə yolu ilə gələn, təkrar ali təhsil almaq üçün müsahibə yolu ilə qəbul olan və bərpa olunduğuna görə kredit fərqi yaranan, 2013/2014-cü tədris ilinin payız imtahan sessiyasından kredit borcu qalan tələbələrin kredit borclarını ləğv edə bilmələri üçün dərslərdə iştirak etmələrinə şərait yaratmaq məqsədilə I, II, III, IV və V kurslarda iki növbəli tədris prosesi tətbiq olunsun.
§ 3.
Kredit sistemi tətbiq olunan ixtisaslarda:
-İmtahanlar yazılı, test üsulu ilə kompüterlər vasitəsilə, xüsusi qabiliyyət tələb edən fənlərdən isə qabaqcadan yaradılmış komissiya tərəfindən qabiliyyət imtahanı götürülsün;
-İmtahan cədvəlləri tədris planları əsasında tərtib edilsin;
-İmtahan sessiyası çoxballı sistem əsasında həyata keçirilsin;
-Yazılı, test üsulu və qabiliyyətlə götürüləcək imtahanların cədvəlləri sessiyaya 15 gün qalmış Tədris – metodika şöbəsi tərəfindən hazırlansın, təsdiq edilərək fakültələrə çatdırılsın;
-İmtahan sessiyası başlananadək tələbələrin semestr ərzində topladıqları (kollokviumlar, frontal sorğular, praktik məşğələlərin həlli və s;) ballar universitetin saytında elektron formada yerləşdirilsin;
– Tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri elektron formada universitetin saytında elektron formada yerləşdirilsin;
-Tələbələrin növbəti imtahana hazırlaşması üçün imtahanlararası vaxt 2 gündən az olmayaraq verilsin;
-İmtahanların gedişatı zamanı yarana biləcək münaqişəli halların aradan qaldırılması və müvafiq tədbirlər görülməsi məqsədi ilə imtahan sessiyası başlananadək Universitet üzrə appelyasiya komissiyası yaradılsın;
– Yazılı, test və qabiliyyət imtahanlarının gedişatına nəzarət etmək, test imtahanları verəcək tələbələrə istifadəçi adı və şifrəsi paylamaq məqsədilə fənn üzrə mütəxəssis olmayan nəzarətçilər qrupu yaradılsın. Nəzarətçilər imtahan otaqlarına təyin olunan zaman onların imtahan qəbul ediləcək fənn üzrə mütəxəssis olmaması əsas götürülsün;
– Qabiliyyət imtahanlarının qəbul edilməsi və qiymətləndirilməsi məqsədilə fənn üzrə ixtisasçı müəllim dəvət edilsin;
– İmtahanlarda baş verə biləcək neqativ halların aşkar edilməsi və vaxtında tədbir görülməsi məqsədilə “İmtahan qərargahı” yaradılsın;
– İmtahandan bir gün qabaq fənlər üzrə 50 test sualının tərtib edilməsi zamanı məxfiliyi təmin etmək məqsədilə “Test bunkeri” yaradılsın və lazımi avadanlıqlarla təmin edilsin;
-Yazılı, test və qabiliyyət imtahanlarından 17 bal toplamış tələbənin balı keçərli hesab edilsin;
-Tələbənin semestr ərzində topladığı bal ilə imtahandan aldığı balın cəmi 51 və daha yuxarı olduğu halda onun fənn üzrə balı müvəffəq hesab edilsin;
– AMİ Gəncə filialından köçürülən qiyabi ixtisasların II kurslarının tədris planlarında nəzərdə tutulan fənlərdən məqbullar bir qayda olaraq imtahan sessiyasının başlanğıcına kimi verilsin. Hər hansı fəndən məqbul almayan tələbə yalnız həmin fəndən imtahana buraxılmır. İmtahan vərəqəsində dekan tərəfindən tələbənin adı və soyadı qarşısında “buraxılmır” sözü yazılsın. İmtahan sessiyasının axırına kimi həmin tələbələrə məqbulların verilməsi üçün icazə verilsin. Məqbulu vermədiyinə görə həmin fəndən imtahana buraxılmayan tələbələr dekanlığın ayırdığı müddətdə “buraxılmadıqları” fənlərdən imtahan versinlər;
Yoxlamalar (məqbullar) həmin fənn üzrə uyğun mühazirə, təcrübə, seminar və laborator dərslərini tədris edən müəllimlər tərəfindən qəbul edilsin.
§ 4.
Test üsulu ilə qəbul ediləcək fənlərin imtahanlarında:
-Kompüterlə imtahanların götürülməsi üçün 8 (səkkiz) gözləmə və 8 (səkkiz) imtahan otağı ayrılsın. Hər bir imtahan otağına 25 (iyirmi beş) tələbənin imtahan verə bilməsi üçün 25 (iyirmi beş) ədəd notbuk – kompüter qoyulsun. Notbuklar daxili şəbəkəyə – imtahan bazası üçün nəzərdə tutulmuş serverə qoşulsun;
-İmtahanlar bütün təhsil formaları üzrə saat 900-da başlanılsın;
-Bir imtahan üçün 1 (bir) saat vaxt ayrılsın. İmtahanlararası fasilə 15 (on beş) dəqiqə müəyyən edilsin. İmtahana gəlməyən tələbəyə “gəlmədi” qeydi aparılsın;
-Tələbə test suallarından və imtahanın nəticələrindən razı olmadıqda həmin gün universitet üzrə yaradılmış Appelyasiya komissiyasının sədrinə əsaslandırılmış ərizə ilə müraciət etsin. Müraciət əsaslı olduqda Appelyasiya komissiyasının sədri uyğun fakültə dekanı, kafedra müdiri və fənn müəllimidə daxil olmaqla öz rəhbərliyi altında komissiya təşkil etsin və nəticələr yenidən araşdırılsın. Appelyasiya komissiyasının rəyi müsbət olduqda tələbənin imtahan nəticəsinə müvafiq dəyişiklik edilsin;
– İmtahan verən hər bir tələbə üçün istifadəçi adı və şifrəsi yaradılsın;
-Fakültələrdə tələbələrin imtahanlara cədvəl üzrə vaxtında gəlmələrini təmin etmək ixtisaslar üzrə tyutorlara tapşırılsın. Tyutorlar öz tabeliyində olan ixtisasların tələbələrini imtahan keçiriləcək əsas tədris binasına imtahanlar başlamazdan yarım saat (30 dəqiqə) qabaq gətirsinlər. Tyutorlar siyahıya uyğun tələbələri imtahan nəzarətçisinə təhvil versinlər;
-Tələbələr imtahanlara tələbə vəsiqəsi və şəxsiyyət vəsiqəsi ilə buraxılsınlar;
-Nəzarətçilər təhkim olunduqları otaqlar üzrə tələbələrin yerləşdirilməsini təmin etsinlər;
-İmtahanın gedişində digər tələbələrlə danışan, onlara mane olan, imtahanda səs salan, kitabdan, mühazirə konspektlərindən və sair icazə verilməyən materiallardan istifadə edən və köçürən tələbə imtahandan xaric edilsin, imtahanın nəticəsinə görə ona «0 sıfır» bal müəyyənləndirilsin və aktlaşdırılsın;
-İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra proqram avtomatik olaraq tələbənin imtahan səhifəsini deaktiv etdiyinə görə nəzarətçi tərəfindən tələbələr auditoriyadan çıxarılsın;
-İmtahana 20 dəqiqədən gec gələn tələbə imtahana buraxılmasın. İmtahan başlanandan 30 dəqiqə keçəndən sonra tələbələrin imtahan otağından çıxmasına icazə verilsin;
-İmtahan proqramında tələbələrə hər fənn üçün 50 (əlli) sual müəyyənləşdirilsin. Hər sual üçün 5 (beş) variantda cavab (1- i düz, 4- yanlış) hazırlansın. Hər doğru cavab üçün 1 (bir) bal hesablansın. Tələbənin test imtahanından balları hesablanan zaman 4 (dörd) səhv cavabın 1 (bir) düzgün cavabı silməsi təmin edilsin.
-Tələbənin serverdə yerləşdirilmiş semestr ərzində topladığı ballar imtahan balı ilə cəmlənilsin və yekun qiymət xüsusi cədvəl – protokol formasında 2 (iki) nüsxədə çap edilsin. Bu nüsxələrdən biri fakültə dekanlığında, diğəri isə tədris şöbəsində saxlanılsın. Tələbənin semestr ərzində topladığı ballar və yekun nəticə əks olunan cədvəl – protokol sistem administratoru və tədris şöbəsinin müdiri tərəfindən imzalandıqdan sonra tədris şöbəsinin möhürü ilə təsdiqlənsin. Balların toplanılması, cədvəl – protokolda çap edilməsi İKT şöbəsi tərəfindən icra edilsin;
-İmtahan nəticələrinin protokolu imtahanın növbəti günü tələbələrə elan edilsin. Tələbənin fənn üzrə aldığı müsbət qiymət (ballar) qiymət kitabçasında yazılsın.

§ 5.
Yazılı formada qəbul ediləcək fənlərin imtahanlarında:
-Fənlər üzrə yekun qiymətləndirmə vərəqələri sessiyanın başlanğıcına ən azı iki həftə qalmış fakültə dekanlığı tərəfindən hazırlansın və imtahan günü imtahan qəbul etmək üçün dəvət olunmuş müəllimə təqdim edilsin. Yekun qiymətləndirmə vərəqi imtahan başa çatdıqdan sonra müəllim tərəfindən müvafiq qaydada doldurularaq dekanlığa təhvil verilsin. Yekun qiymətləndirmə vərəqinə tələbələrin imtahandan aldığı qiymət, iştirak etməyən tələbəyə isə «gəlmədi» yazılsın;
-İmtahanın gedişində digər tələbələrlə danışan, onlara mane olan, imtahanda səs salan, kitabdan, mühazirə konspektlərindən və sair icazə verilməyən materiallardan istifadə edən və köçürən, imtahan biletini və cavab blanklarını təhvil vermədən imtahandan çıxan tələbə imtahandan xaric edilsin, imtahanın nəticəsinə görə ona «0 sıfır» bal müəyyənləndirilsin və aktlaşdırılsın;
-İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra cavab blankları yığılsın, rektorun nümayəndəsi tərəfindən kodlaşdırılsın və fənn üzrə dəvət edilmiş ixtisasçı müəllim tərəfindən yoxlanılaraq qiymətləndirilsin. Zərurət olduğu halda yoxlamaya kafedranın digər müəllimləri cəlb edilsin;
-Tələbənin fənn üzrə semestr ərzində və imtahanda topladığı ballar cəmlənərək, yekün bal müəyyənləşdirilsin. Nəticələr imtahan verilən gün (müstəsna hallarda növbəti gün) tələbələrə elan edilsin. Tələbənin fənn üzrə aldığı müsbət qiymət imtahan vərəqində, eyni zamanda qiymət kitabçasında yazılsın;
– Yazılı və qabiliyyət imtahanları zamanı hər bir sualın cavabı “0-10” bal ilə qiymətləndirilsin;
-Tələbə yazılı imtahan suallarından və nəticələrdən razı olmadıqda həmin gün universitet üzrə yaradılmış Appelyasiya komissiyasının sədrinə əsaslandırılmış ərizə ilə müraciət etsin. Müraciət əsaslı olduqda Appelyasiya komissiyasının sədri uyğun fakültə dekanı, kafedra müdiri və fənn müəllimi daxil olmaqla öz rəhbərliyi altında komissiya təşkil etsin və nəticələr yenidən araşdırılsın. Appelyasiya komissiyasının rəyi müsbət olduqda tələbənin yazılı cavablarına hesablanmış ballarına düzəliş edilsin;
– Üzürsüz səbəbdən sessiyada iştirak etməyən və ya akademik borcu olan tələbələr əyani və qiyabi şöbə üzrə yaz semestrinin dərsləri başlanana qədər öz fərdi tədris planlarında müvafiq dəyişikliklər aparsın, həmin fənləri yenidən fərdi tədris planına daxil etsin və kəsiri qalan fənlərin dərslərində iştirak etsin. Akademik borcu qalan tələbələrin fərdi tədris planlarında müvafiq dəyişiklik aparılmasına ixtisaslar üzrə tyutorlar nəzarət etsin.
– Üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələr imtahana gəlməməsinin səbəbi haqqında rəsmi sənəd (üzürlü səbəb) təqdim edərsə növbəti semestr başlanana qədər həmin fəndən imtahan vermək üçün əlavə vaxt verilsin, əks təqdirdə “gəlmədi” “qeyri – kafi” qiymət sayılsın;
– Qiyabi şöbəyə AMİ-nin Gəncə filialından köçürülmüş ixtisasların II kurslarında yazılı imtahanlar qəbul edilən zaman toplanmış balların 5 ballı sistemə ekvivalentliyi aşağıdakı kimi hesablansın:
– “17-30” bal “kafi”, “31-44” bal “yaxşı”, “45-50” bal “əla”, “17” baldan aşağı olduqda isə “qeyri-kafi” kimi qiymətləndirilsin.

§ 6.
Qabiliyyət tələb edən fənlərin imtahanlarında:
– Qabiliyyətlə qəbul olunmuş ixtisaslarda xüsusi qabiliyyət tələb edən fənlərdən test üsulu ilə imtahan götürülməsinin mümkün olmadığını nəzərə alaraq, həmin fənlərdən xüsusi tapşırıqlar formasında (normativləri yerinə yetirmək, müəyyən alətlərdə ifa etmək, hər hansı bir əşyanın şəklini çəkmək və ya təhlilini vermək və s;) imtahan götürülməsi məqsədi ilə komissiya yaradılsın;
– Xüsusi qabiliyyət tələb edən fənlərin imtahanı bu komissiya tərəfindən götürülsün;
§ 7.
Qiyabi şöbədə:
– Qiyabi şöbədə dərslərin, yoxlamaların və digər tədris prosesinin mərhələləri normativ tələblərə uyğun təşkil edilsin;
– Qiyabi təhsil alan tələbələrə imtahan sessiyası başlanana qədər müəyyən olunmuş forma üzrə arayış – çağırış vərəqəsi göndərilsin.
§ 8.
Magistratura şöbəsində:
– Magistratura təhsil səviyyəsi üzrə payız semestrinin imtahan sessiyasının keçirilməsində mövcud tədris planlarına və təlimata ciddi riayət edilsin;
– Magistr təhsil səviyyəsi üzrə imtahanlar yazılı formada keçirilsin və qiymətləndirmə çoxballı (100 bal) sistem əsasında aparılsın;
– Qiyabi təhsil alan tələbələrə imtahan sessiyası başlanana qədər müəyyən olunmuş forma üzrə arayış – çağırış vərəqəsinin göndərilməsin.
§ 9.
Əyani və qiyabi şöbədə yazılı və qabiliyyət imtahalarının başlanma vaxtı:
I növbədə oxuyanlar üçün saat 900-da
II növbədə oxuyanlar üçün 1300-da keçirilsin.
§ 10.
Tapşırılsın uyğun fakültə dekanlarına, qiyabi və magistratura şöbələrinin müdirlərinə :
-Seminar (məşğələ) və laborator dərslərində jurnalda ən azı 3 (üç) dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələlərin həlli və s;-dən) olduğu halda tələbəyə bal hesablansın. Əks halda tələbəyə bal hesablanılmasın və tələbə imtahana buraxılmasın;
-Fənn üzrə ayrılmış bütün saatların 25 % – dən çoxunda iştirak etməyən tələbə həmin fəndən (fənlər) imtahana buraxılmasın, semestr ərzində imtahan verilməsi nəzərdə tutulan fənn (fənlər) akademik borc hesab edilsin. Həmin tələbənin növbəti semestrlərdə kredit borcu qalmış fənləri təlimata uyğun olaraq fərdi tədris planlarına daxil edilsin və ödənişli əsaslarla dərslərdə iştirakı təmin olunsun;
– AMİ-nin Gəncə filialından köçürülmüş qiyabi ixtisasların II kurslarının tədris planında nəzərdə tutulan fənlərdən məqbullar bir qayda olaraq imtahan sessiyasının başlanğıcına kimi verilsin. Hər hansı fəndən məqbul almayan tələbə yalnız həmin fəndən imtahana buraxılmır. İmtahana buraxılmayan tələbənin adı, soyadı, “buraxılmadığı” fənnin adı siyahı şəklində tədris şöbəsinə təqdim olunsun. İmtahan sessiyasının axırına kimi həmin tələbələrə məqbulların verilməsi üçün icazə verilsin. Məqbulu vermədiyinə görə həmin fəndən imtahana buraxılmayan tələbələr məqbulu verdikdən sonra dekanlıq tərəfindən ayrılmış müddətdə “buraxılmadıqları” fənlərdən imtahan versinlər;
-Yoxlamalar (məqbullar) həmin fənn üzrə uyğun mühazirə, təcrübə, seminar və laborator dərslərini tədris edən müəllimlər tərəfindən qəbul edilsin;
– Rektorluğun 10.07.2014 –cü il tarixli, 5/180 saylı 2014/2015- ci tədris ilinə hazırlıq barədə əmrinə uyğun olaraq, 2013/2014-cü tədris ilinin payız semestrindən akademik borcu qalan, Universitet daxilində bir ixtisasdan digərinə köçürülən, başqa ali təhsil müəssisələrindən köçürmə yolu ilə gələn, təkrar ali təhsil almaq üçün müsahibə yolu ilə qəbul olunan, bərpa olunduğuna görə kredit fərqləri və borcları yaranan və adları dərs jurnallarına yazıldığına görə dərslərdə iştirak edərək imtahana qədərki balları toplayan tələbələrin test, yazılı və qabiliyyət imtahanlarına buraxılmaları üçün siyahısı təqdimat şəklində rektorluğa 25 dekabr 2014-cü il tarixə qədər təqdim olunsun.
§ 11.
Tapşırılsın kafedra müdirlərinə:
-Təhsilin bakalavriat səviyyəsi üzrə yazılı və qabiliyyət, magistratura səviyyəsi üzrə isə yazılı imtahan götürülməsi nəzərdə tutulan fənlər üçün hər birində 5 sual olmaqla 30 ədəd imtahan biletləri hazırlansın, kafedra müdiri, uyğun fakültə tədris-metodik şurasının sədri və fənn müəllimi tərəfindən imzalandıqdan sonra tədris şöbəsi tərəfindən möhürlənsin;
-Zəif oxuyan tələbələrlə aparılan işlərə dair hər bir müəllimdən fərdi hesabat tələb edilsin;
-2014–cü ilin noyabrın 25-dək məsləhət saatlarının qrafiki tərtib edilərək kafedranın müəllimlərinə və tələbə kontingentinə çatdırılsın;
-2014/2015-ci tədris ilinin birinci yarım ilinin dərs yükünün yerinə yetirilməsinə dair hesabatın 2015–ci ilin fevral ayının 10-na kimi bir nüsxəsi tədris şöbəsinə, bir hissəsi isə mühasibatlığa mövcud forma əsasında təqdim edilsin.

§ 12.
– Payız (qış) imtahan sessiyası dövründə kabinə və laboratoriyaların iki növbədə işləmələri təmin edilsin.
§ 13.
-Sessiya dövründə kitabxanaların fasiləsiz işləməsi təmin edilsin.