2020/201-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə əyani formada qəbul olunmuş sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlərin nəzərinə!

Ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq tələbələrin Universitetdə qeydiyyat prosesinin elektron qaydada həyata keçirilməsi məqsədilə ilə Təhsil Nazirliyi tərəfindən Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydiyyat platforması yaradılmışdır. Bu məqsədlə birinci tədris ili (I kurs) tələbələrinin https://www.e-telebe.edu.az portalına müraciət etmələri tələb olunur.

Bildirmək istəyirik ki, elektron qeydiyyat prosesində təhsil sisteminə daxil olan birinci tədris ili (I kurs) tələbələri sırasından olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr müəyyən ediləcək və həmin tələbələr təhsil haqqı xərclərinin ödənilməsi üçün informasiya sisteminə müraciət etmələrinə ehtiyac qalmayacaq.

         Yuxarıda qeyd edilənləri nəzərə alaraq birinci tədris ili (I kurs) tələbələri sırasından olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçən zaman  təhsil haqqını ödəməkdən azad edilmələri üçün https://www.e-telebe.edu.az portalına müraciət etməyi  tələb olunur.

Sənəd qəbulu komissiyası