2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat və magitratura səviyyəslərində əyani formada təhsil alan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin nəzərinə!

Nəzərinizə satdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərar qəbul etmişdir.

Qeyd edilən Qərarda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə e-telebe.edu.az saytı yaradılmış və istifadəyə verilmişdir.

Qərara əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ali təhsil müəssisələri (tabeliyindən və mülkiyyətindən asılı olmayaraq) təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək bu Qərarın icrasını təmin edir.

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olmasına baxmayaraq təhsil haqqının ödənilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin https://www.e-telebe.edu.az portalına müraciət etməyən və ya bu statusu yeni əldə edən tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (yarım ili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı Təhsil Nazirliyinin yuxarıda qeyd edilən portalına müraciət etməyi xahiş olunur.

Rektorluq