2020/2021-ci tədris ilində Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlərin nəzərinə!

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tətbiq edilən karantin tədbirləri ilə əlaqədar olaraq 2020/2021-ci tədris ilində Gəncə Dövlət Universitetinin bakalavriat təhsil səviyyəsinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı “online” qaydada həyata keçiriləcəkdir. Online qeydiyyat üçün aşağıda qeyd edilən sənədlərin şəklini uyğun ixtisaslara aid WhatsApp nömrələrinə göndərmək lazımdır:

Yaranmış vəziyyətlə bağlı sənədləri sqk@gdu.edu.az ünvanına göndərməyiniz xahiş olunur.

055-271-26-69 – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Tarix, Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi, Sosial iş ixtisasları.

050-318-65-58 – İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil, Təhsildə sosial-psixoloji xidmət, Psixologiya, Musiqi müəllimliyi, Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi, Məşqçilik ixtisasları.

 055-486-67-37 – Fizika müəllimliyi, Texnologiya müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Tarix (qiyabi), İqtisadiyyat (qiyabi), Filologiya (qiyabi), Biznesin idarə edilməsi (qiyabi), Marketinq (qiyabi), Məşqçilik (qiyabi), Sosial iş (qiyabi), Turizm işinin təşkili (qiyabi) ixtisasları.

055-648-00-79 – İqtisadiyyat, Biznesin idarə edilməsi, Marketinq, Turizm işinin təşkili, Turizm bələdçi, Mühasibat, Dövlət və bələdiyyə idarəetməsi, Maliyyə, Menecment, Biologiya, Biologiya müəllimliyi, Kimya, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Ekologiya mühəndisliyi ixtisasları.

051-973-77-75 – Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, İnformatika müəllimliyi, Kompüter elmləri, Xarici dil müəllimliyi (ingilis), Xarici dil müəllimliyi (Rus), Xarici dil müəllimliyi (Alman), Xarici dil müəllimliyi (Fransız), Tərcümə (İngilis) ixtisasları.

SƏNƏDLƏR:

1. Attestat (diplom ali məktəb və ya kollec bitirənlər üçün);

2. Musiqi müəllimliyi ixtisasına qəbul olunmuş abituriyentlər musiqi təhsili haqqında sənədin (attestat və ya diplom) şəkilini çəkib göndərməlidir.

3. Abituriyentin qəbul olunması barədə DİM saytındakı şəxsi səhifəsindən çıxarış (şəklini çəkmək və ya screenshoot etmək olar);

4. Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi (təhsil haqqının 50%-ni ödəmək məcburidir) (Kapital Bank ASC), (Gəncə Dövlət Universiteti, ixtisas və ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriyası qeyd edilməklə). Ödəniş qəbzi təqdim olunmadığı halda qeydiyyata alınmayacaqsınız.

Diqqət: Ağ vərəq üzərində ad, soyad, ata atı, faktiki yaşadığı ünvan, əlaqə telefonlarını və qəbul zamanı imtahan verdiyi xarici dili qeyd edilir. Şəxsiyyət vəsiqəsi və 3×4 ölçüdə foto şəkil həmin ağ vərəqin üzərinə qoyulur və şəkli çəkilərək WhatsApp nömrələrinə göndərilir. Sənədlərin şəkli səliqəli çəkilməli və oxunan olmalıdır. Sənədlərlə bağlı hər hansı sual meydana çıxarsa sizinlə həmin telefonlar vasitəsilə əlaqə saxlanılacaq.

5. Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında müqavilənin imzalanmış nüsxəsi (müqavilənin mətni elana əlavə olunur). Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında Müqavilə Universitet tərəfindən pdf formatında təqdim edilir. Müqaviləni çap edərək imza etməyiniz və şəklini çəkərək uyğun ixtisas üzrə sənədləri qəbul edəcək WhatsApp nömrələrindən birinə göndərməyiniz tələb olunur.

Qeyd:

1. Tədris məşğələləri başlayanda yuxarıda qeyd edilən sənədlərin əsli məcburi qaydada Universitetə təqdim edilməlidir. Sənədlərin əslini təqdim etməyən şəxslər Universitetdən xaric olunacaq.

2. Yuxarıda qeyd edilən sənədlərin əslini qeydiyyatdan sonra poçt vasitəsi ilə də göndərə bilərsiniz.

Sənəd qəbulu komissiyası