2022/2023-Cü TƏDRİS İLİNDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNə BAKALAVRİAT təhsİl səvvİyyəsİ üzrə QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN VƏ VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ!

2022/2023-cü tədris ilində Universitetin müxtəlif ixtisaslarına qəbul olunmuş abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Müəyyən olunmuş müddətədək qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!

Bakalavriat pilləsinə qeydiyyatdan keçmə vaxtı 02.09.2022-ci il tarixdən 12.09.2022-ci il tarix saat 23:59-a qədərdir.

Portal.edu.az saytına  aşağıdakı sənədlərin yüklənməsi vacibdir:

  1. Attestar (subbakalavr diplomu və diploma əlavəsi – PDF formatda (skan edilmiş formada)
  2. Oğlanlar üçün hərbi bilet
  3. Universitetə ödənişli əsaslarla qəbul olunan tələbələrdən portal.edu.az saytından qeydiyyatdan keçəndən sonra invoys nömrəsi yaranacaq. Yaranmış invoys nömrəsi üzrə təhsil haqqını ödəmək və ödəniş qəbzinin skan surətini təqdim etməyiniz xahiş olunur.  Ödəniş qəbzi təqdim olunmadığı halda qeydiyyata alınmayacaqsınız.

Diqqət: portal.edu.az saytından qeydiyyatdan keçən tələbələrdən tədris ili başlayanda aşağıdakı sənədlərin əslini universitetə təqdim etmələri tələb olunur:

  1. Attestat (subbakalavrlar üçün diplom və diploma əlavə) əsli;
  2. 3×4 ölçüdə 6 ədəd fotoşəkil,
  3. Abituriyentin qəbul olunması barədə DİM saytındakı şəxsi səhifəsindən çıxarış;
  4. Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;
  5. Şəxsiyyət vəsiqəsinin surəti;
  6. Hərbi qeydiyyat sənədinin əsli (hərbi bilet və ya hərbi qeydiyyata alınma barədə vəsiqə).
  7. Kəndirli qovluq.

Qeyd: portal.edu.az saytından qeydiyyatda çətinlik çəkən şəxslər aşağıdakı nömrələrlə (zəng və WhatsApp) əlaqə saxlaya bilər:

050-388-44-91

055-648-00-79

051-912-50-80