2023-cü il üçün doktoranturaya və dissertanturaya fəlsəfə doktoru proqramları üzrə qəbul elan edilir

Qəbul qaydaları haqqında məlumatı GDU-nun doktorantura və dissertantura şöbəsindən almaq olar. Əlavə olaraq bildirilir ki, doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari il 12 aprel tarixindən başlayacaqdır.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd qəbulunun son tarixi 16 may 2023-cü ildir (fəlsəfə fənni üzrə imtahan 2023-cü il sentyabrın 4, 5, 6-da, ixtisas imtahanı isə 2023-cü il 11, 12 və 13 sentyabr tarixlərində keçiriləcəkdir).

Ünvan: AZ 2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti 429

Tel: (+99222) 266-01-88 Elm və innovasiyalar