Tələbələrimiz Göygöl Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Xarici dillər fakültəsinin bir qrup fəal tələbəsi Göygöl Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.

     Burada muzeyin yaranma tarixi və nümayiş etdirilən eksponatlar haqqında geniş məlumat verilib. Bildirilib ki, muzeydə qədim kurqanlarda qazıntılar  zamanı əldə  olunan  saxsı qablar və məişət əşyaları qorunur.

     Göygöldə almanlar  tərəfindən   üzümçülüyün inkişafı tarixini  əks etdirən  guşə  ilə tanışlıq gənclərin marağına səbəb olub.

     Daha sonra tələbələr  rayondakı “Azərbaycan dövlətinin rəmzləri muzeyi”ndə olublar.  

     Muzey bələdçisinin müşayiəti ilə  tələbələr burada nümayiş etdirilən eksponatlarla tanış olublar. Muzeydə ölkəmizin müxtəlif dövrlərinə aid gerblərin və xəritələrin qorunduğu diqqətə çatdırılıb.

   Ekskursiyanın sonunda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti