Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir

       Azərbaycan-Qazaxıstan qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir.  Bu barədə ölkə başçısı Cənab İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda söyləyib. 

      Dövlətimizin başçısı bildirib ki, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması və Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edir.

     Qazaxıstana səfəri çərçivəsində ölkə başçısı Cənab İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində də iştirak edib. Dövlətimizin başçısı bildirib ki, Astananın mərkəzində Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ümummilli Lider Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir. Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

    Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Gələcəkdə əlaqələrimiz daha da möhkəmlənəcək, daha böyük inkişafa doğru addımlar atılacaq.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti