GDU-nun tələbələri Heydər Əliyev Mərkəzində olublar

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsinin təcrübəçi tələbələri Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. 

     Tələbələr Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əsk etdirən eksponat, fotoşəkil və kitablarla yaxından tanış olublar. 

    Daha sonra gənclər “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda təşkil olunan dəyirmi masada iştirak  ediblər. 

    Tədbirdə mərkəzin direktor əvəzi İlknur İsgəndərova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı məlumat verib. Azərbaycançılığın ümummilli ideologiyaya və bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlərdən bəhs edib.  

   Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev, mərkəzin əməkdaşları Gülər Ellazova və Sevinc Bədəlova mövzu ətrafında çıxış ediblər.    

Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti