Tədris-metodik şuranın iclası keçirilib

Gəncə Dövlət Universitetinin (GDU)  Tədris-metodik şurasının iclası keçirilib. Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov təhsilin keyfiyyətinin yüksəldilməsi və yeni tədris metodlarının həyata keçirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb.

      Tədris-metodik şuranın sədri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Vaqif Novruzov iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib.

     İclasda ,,Ümumtəhsil kurikulumunun əsasları” fənninin seçmə fən blokuna salınması,  2022/2023-cü tədris ilində fakültələrdə dövlət imtahanına  düşən fənlərin siyahısı və ixtisaslar üzrə bəzi seçmə fənn bloklarında dəyişikliklərin aparılmasına dair müzakirələr edilib.

     Sonda şura üzvlərinin təklifləri dinlənilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti