2025/2026-CI TƏDRİS İLİNDƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN magistratura təhsil səvviyyəsi üzrə QƏBUL OLUNMUŞ bakalavrların VƏ VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ!

2025/2026-cı tədris ilində Universitetin müxtəlif ixtisaslarına qəbul olunmuş bakalavrlar portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Müəyyən olunmuş müddətədək qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!

Magistratura pilləsinə qeydiyyatdan keçmə vaxtı 24.07.2025-ci il tarixdən 01.08.2025-ci il tarix saat 23:59-a qədərdir.

Portal.edu.az saytına  aşağıdakı sənədlərin yüklənməsi vacibdir:

  1. Bakalavr diplomu və diploma əlavə əsli və ya Universiteti bitirməsinə dair arayış (cari ilin məzunları üçün);– PDF formatda (skan edilmiş formada)

2.  Universitetə ödənişli əsaslarla qəbul olunan tələbələrdən portal.edu.az saytından qeydiyyatdan keçəndən sonra invoys nömrəsi yaranacaq. Yaranmış invoys nömrəsi üzrə təhsil haqqını ödəmək və ödəniş qəbzinin skan surətini təqdim etməyiniz xahiş olunur.  Ödəniş qəbzi təqdim olunmadığı halda qeydiyyata alınmayacaqsınız.

Diqqət: portal.edu.az  saytından qeydiyyatdan keçən tələbələrdən tədris ili başlayanda aşağıdakı sənədlərin əslini universitetin Magistratura şöbəsinə təqdim etmələri tələb olunur:

  1. Bakalavr diploma və diploma əlavə əsli, Universiteti bitirməsinə dair arayış (cari ilin məzunları üçün);
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. 3×4 ölçüdə 4 ədəd şəkil,
  4. Abituriyentin qəbul olunması barədə DİM saytındakı şəxsi səhifəsindən çıxarış;
  5. Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;
  6. Hərbi qeydiyyat sənədinin əsli (hərbi bilet və ya hərbi qeydiyyata alınma barədə vəsiqə).

Qeyd: portal.edu.az saytından qeydiyyatda çətinlik çəkən şəxslər aşağıdakı nömrələrlə (zəng və WhatsApp) əlaqə saxlaya bilər:

050-388-44-91

055-648-00-79

   SƏNƏD QƏBULU KOMİSSİYASI

2025/2026-CI TƏDRİS İLİNDƏ BAKALAVRİAT SƏVİYYƏSİNƏ ÖDƏNİŞLİ ƏSASLARLA QƏBUL OLUNMUŞ  DÖVLƏT HESABINA TƏHSİL ALACAQ SOSİAL HƏSSAS QRUPA AİD EDİLƏN AİLƏLƏRİN ÜZVÜ OLAN (TƏHSİL HAQQI ÖDƏNİŞİNDƏN AZAD EDİLƏN) ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Universitetin müxtəlif ixtisaslarına ödənişli əsaslara qəbul olunmuş və təhsil haqqı ödənişindən azad edilən abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək!

Təhsil haqqı ödənişindən azad edilən tələbələr aşağıdakı statuslardan birinə malik olmalıdır:

  1. Məcburi köçkünlər;
  2. Valideyn himayəsindən məhrum olmuş şəxslər (23 yaşınadək əyani)
  3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:
  4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək “Müharibə veteranı” statusu qazanmış şəxslər;
  5. Şəhid ailəsi üzvləri (atası, anası, həyat yoldaşı, qardaşı və ya bacısı(Şəhid ailəsi 2.1.4) şəhid olan) 23 yaşınadək olan şəxslər
  6. Sağlamlıq imkanları məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər.

Qeydiyyat zamanı təhsil haqqı ödənişindən azad edilmək üçün aşağıda qeyd edilən sənədlərin şəklini PDF formatında portal.edu.az. saytında müvafiq xanalara yerləşdirilməlidir. Sənədlərin şəkli səliqəli və oxunan olmalıdır. Qeydiyyatdan sonra siyahıda qeyd edilmiş sənədlər Universitetin müəyyən etdiyi tarixə qədər Təhsil haqqı ödənişindən azad etmə komissiyasına təqdim edilməlidir.

Məcburi köçkün, şəhid ailəsi, valideyn himayəsindən məhrum olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamani əlil olmuş və azərbaycan respublikasinin azadliği, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxslərin, sağlamliq imkanlari məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər nəzərinə!

Məcburi köçkünlər:

1) Məcburi köçkün vəsiqəsi;

2) Şəxsiyyət vəsiqəsi;

3) Rayon (şəhər) icra hakimiyyətində yaradilmiş «Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi»nin yerli nümayəndəsindən arayiş;

Məcburi köçkün statusu son 180 gün ərzində Azərbaycan Respublikası ərazisində yaşamayan şəxslərə şamil edilmir.

QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Valideyn himayəsindən məhrum olmuş şəxslər (23 yaşınadək):

1) Tələbənin valideyninin (sağ olduqda-atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi;

2) Himayəyə və qəyyumluğa verilmə barədə icra hakimyyəti başçisinin qərari;

3) Nigah haqqında şəhadətnamə (valideynlərinin);

4) Ölüm haqqında (atasinin və ya anasinin) şəhadətnamə;

5) Tələbənin doğum haqqında şəhadətnaməsi;

6) TSEK-in əlillik verilməsi barədə arayişi;

 7) Şəhər və ya rayon DSMF – dan arayiş; (əlillik barədə)

QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamani əlil olmuş və azərbaycan respublikasinin azadliği, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşlarin uşaqlari:

1) Tələbənin valideyninin (atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi (əsli və surəti);

2) Tələbənin doğum haqqında şəhadətnaməsi;

3) TSEK-in (VTEK) – əlillik verilməsi barədə arayişi; -arayışda – Azərbaycan Respublikasinin müdafiəsi zamanı xəsarət almışdır – qeyd olunmalıdır;

4) Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)

QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək “Müharibə veteranı” statusu qazanmış şəxslər;

  1. Tələbənin şəxsiyyət vəsiqəsinin surəti;
  2. “Müharibə veteranı” vəsiqəsinin surəti və ya hərbi biletin 1-dən 7yə qədər səhifələrinin surəti;
  3. Hərbi komissarlıqdan arayış;
  4. DSMF arayışı;

QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Şəhid ailəsi üzvü (23 yaşınadək):

1) Tələbənin şəxsiyyət vəsiqəsi;

2) Tələbənin doğum haqqında şəhadətnaməsi;

3) Şəhid ailəsi vəsiqəsi;

4) Nigah şəhadətnaməsi;

5) Atasının (anasının, qardaşının, həyat yoldaşının) ölüm haqqında şəhadətnaməsi;

6) Hərbi komissarlıqdan arayış;

QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Sağlamlıq imkanlari məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi olan şəxslər.

1. Şəxsiyyət vəsiqəsi;

2. TSEK-in əlillik verilməsi barədə arayişi;

3. Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)

QEYD: BÜTÜN SƏNƏDLƏRİN SURƏTLƏRİ NOTARİAL QAYDADA TƏSDİQ OLUNMALIDIR.

Bu imtiyazlardan yararlana bilməyən bakalavrlar e-ttkf.edu.az portalı ilə Təhsil Tələbə Krediti Fonduna müraciət edərək Sosial yaxud Standart tələbə kreditindən yararlana bilərlər. TTKF-ya müraciət etmək üçün aşağıdakı şərtlər ödənilməlidir.

  1. Balı 50+ olan bakalavrlar müraciət edə bilər;
  2. Notariusdan “Razılıq ərizəsi” alınmalı;
  3. Standart kreditin tələbi olan illik təhsil haqqının 20 % -in ödənilməli;
  4. Valideynlərin və tələbənin şəxsiyyət vəsiqəsi (Rəhmətə gedən valideynin ölüm
    şəhadətnaməsi)
  5. Tələbənin doğum haqqında şəhadətnaməsi;

TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏN AZADETMƏ KOMİSSİYASI

Magistratura şöbəsində dərslər sentyabrın 15-dən başlanır. Dərslər həftədə 4 gün (1-4 cü günlər) olmaqla saat 17-00 –da başlanır və V tədris binasında keçirilir.

Ünvan: Cavadbəy Rəfibəyli küç. 57.