31 Mart Soyqırımı Xalqımızın qan yaddaşıdır

 Gəncə Dövlət Universitetinin beşinci tədris korpusunda Xarici dillər və Filologiya fakültələri birlikdə 31 Mart Soyqırım gününə həsr olunan tədbir keçiriblər.

 Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verib. Mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söyləyib. Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib. 1918-ci il 31 mart soyqırımından bəhs edən Gülsüm Fətəliyeva Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə bunu dövlət səviyyəsində qeyd edildi.

  Daha sonra tədbirdə Rus dili kafedrasının dosenti Sevda Əliyeva, Filologiya fakültəsinin humanitar məsələlər üzrə dekan müavini Mətanət Mahmudova çıxış edərək məlumat verdilər ki, hər il Azərbaycan xalqı 31 Mart Soyqırımını qeyd etməklə, bir daha tarixi keçmişə qayıdır və xalqımıza qarşı açıq-aşkar həyata keçirilən soyqırım qurbanlarının xatirəsini ehtiramla anırlar.

Tədbirdə tələbələr bədii kompozisiya ilə çıxış etdilər, şerlər söylədilər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti